Xəzər TV-də qonaq olan Fransanın Azərbaycandakı səfiri Qabriel Keller səviyyəli bir məktəb açmağı hədəflədiklərini deyib. Səfir bununla bağlı layihəni tələsmədən və diqqətlə hazırladıqlarını bildirib. Həmçinin ali təhsil sahəsində də əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.
2 ölkə arasında münasibətləri yüksək qiymətləndirən səfirin fikrincə əməkdaşlıq əsasən neft və qaz sektorunu əhatə etsə də, Azərbaycanda cari ilin ətraf mühitin mühafizəsinə həsr olunmasını nəzərə alaraq Fransa şirkətləri bu sahədə də əməkdaşlıq etmək istəyirlər. Nəqliyyat, hava və quru yük daşımaçılığı sahələrində əməkdaşlığın genişləndirilməsi üçün potensial mövcuddur.
Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir Minsk qrupunun vəzifəsinin tərəflərin əvəzinə sülhə nail olmaq deyil, onların mövqeyinin yaxınlaşmasında töhvə vermək olduğunu deyib. Biz tərəflərdən hansınasa təsir edə bilmərik deyən səfir hər iki tərəfin qəbul edə biləcəyi çıxış yolu tapılmalı olduğunu qeyd edib.