Biznes-foruma Türkiyənin xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayan və Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev də qatılıb. Şahin Mustafayev bildirib ki, Türkiyə və Azərbaycan arasında siyasi, mədəni, iqtisadi və digər sahələrdə əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Xüsusilə də son illərdə reallaşdırılan regional əhəmiyyətli layihələr nəticəsində ölkələr daha da yaxınlaşıb. Amma iqtisiadi əməkdaşlıq mövcud potensila cavab vermir. Hər iki dövlət ticarət dövriyyəsinin artırılmasında maraqlıdır. Və özəl sektora lazımi dəstəyi göstərməyə hazırdır. Nazir Türkiyə iş adamlarını Azərbaycanla iqtisadiyyatın qeyri-neft sektorunda, xüsusilə də aqrar sektor, turizm, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, tranzit daşımaçılıq kini sahələrdə əməkdaşlığa çağırıb. Zəfər Çağlayan da Türkiyə hökümətinin özəl sektora hər cür dəstək verməyə hazır olduğunu deyib. Qarabağ məsələsinə də toxunun nazir Türkiyənin birmənalı olaraq Azərbaycanın arxasında olduğunu bildirib. Türkiyəli iş adamlarına Azərbaycanın iqtisadi imkanları, mövcud potensial, prioritet layihələr barədə məlumatlar verilib.