Hindistanın dövlət müstəqilliyindən 50 il ötür. Bu münasibətlə Hindistanın Azərbaycandakı səfirliyi mərasim təşkil edib. Mərasimi giriş sözü ilə açan səfir Debnax Şao Hindistanın tarixindən və müasir inkişaf xüsusiyyətlərindən danışıb. Səfir həmçinin iki ölkə arasındakı əlaqələrin genişləndiyini xüsusi qeyd edib. Tədbirdə iştirak edən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov da Hindistanla əməkdaşlağın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Mərasimin sonunda isə, Hindistanın mədəniyyəti və adət-ənənələrindən bəhs edən slayd film nümayiş olunub. 1947-ci ildə Hindistan Böyük Britaniyanın tabeliyindən çıxaraq müstəqil dominiona çevrilib. 1959-cu il noyabrın 26-da qəbul edilmiş konstitusiya isə iki ay sonra qüvvəyə minib. 1950-ci il yanvarın 26-da müstəqil Hindistanın konstitusiyası qüvvəyə minib. Həmin konstitusiyaya əsasən Hindistan respublika elan olunub.