İyulun 5-də Bakı və Abşeron yarımadasında
hava günəşli olacaq, şimal-şərq, şərq küləyi günün ikinci yarısında cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gündüz 35-38, axşam 26-28, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 27-28 dərəcə isti olacaq.
İyulun 6-da cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 23-26, gündüz 35-38, bəzi yerlərdə 40, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti olacaq.
İyulun 7-də şimal-qərb küləyi əsəcək, gündüz arabir yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 24-27, gündüz 35-39 dərəcə isti olacaq.
İyulun 8-də şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 23-26, gündüz 35-39 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında iyulun 6-da hava yağmursuz keçəcək, şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42,
dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacaq.
İyulun 7-8-də hava əssən yağmursuz keçəcək. Lakin iyulun 8-də gecə və axşam bəzi şimal rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 21-26, gündüz 36-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 29-34 dərəcə isti olacaq.
Yaxın 2 gündə meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olsa da, isti və rütubətli hava meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.