Kimisi imtahanlara hazırlaşanda ya da işlərini tamamlamaq üçün səhərə qədər kofe içdiyi halda, kimisi də səhər yuxusundan ayılmaq üçün oyanar oyanmaz kofeyə cumur. Lakin kofenin beyninizi oyaq saxlamadığını və yuxunuzu qaçırtmadığını bilirdinizmi? “The Telegraph” da dərc olunan xəbərə görə Ingiltərənin Bristol Universiteti tərəfindən aparılan bir araşdırmada çay, kofe və digər kofeinli içkilər qəbul edən insanlarda kofeinin təsirlərinə qarşı alışqanlıq əmələ gəldiyini aşkara çıxıb. Başqa bir mənbənin yazdığına görə, araşdırmada universitetin psixoloji tərcübə bölümündəki tədqiqatçılar bir çox kişinin kofeinlə ayıldığını söyləsə də, bunun belə olmadığı, əslində kofein səviyyəsinin düşməsindən qaynaqlanan yorgunluğun təsirlərinin tərsinə çevrilməsindən qaynaqlandığını ifadə ediblər.
|