Ötən gün Çinin Nincanq şəhərindəki kimya zavodunda baş verən partlayışda yaralananlardan 10-u ölüb.
Partlayış zamanı xəsarət alan daha 4 nəfərin vəziyyəti ağır olaraq qalır.
Partlayış baş verən zaman işçilər zavodu istismardan çıxarma işləri ilə məşqul olublar. Rəsmilərdən alınan məlumata əsasən, yanğın ekskavator operatorunun propilin qaz borusunu zədələməsi nəticəsində baş verib. Bu zaman sızan qaz alışıb və partlayış olub.
Ekskavatoru idarə edən şəxs artıq polis tərəfindən həbs olunub. İstintaq davam edir.