Dünya çempionunun adı nəhayət ki, bəlli oldu. İspanlar 1 qolla kuboku öz ölkələrinə apardı.
Cənubi Afrikada 1 aydır keçrilən futbol üzrə dünya çempionatı başa çatdı.
Bütün rəqiblərindən gülcü olan İspaniya və Hollandiya milli komandaları Bakı vaxtı ilə 23:30-da "Sokker Siti" stadionunda qarşı -qarşıya gələrək çempionluq uğrunda əzimli mübarizə apardılar.
İlk dəqiqələrdən hücumlu oyun nümayiş etdirən ispanlar arabir öz qapıları önündə də təhlükəli vəziyyətlə qarşılaşırdılar.
Kobud oyunları ilə yadda qalan hər iki komanda əsas vaxtı heç-heçə ilə bitirdilər.
Yeganə qol əsas vaxta əlavə edilən 26-cı dəqiqədə vuruldu. İspanları çempion edən qolu isə komandanın 6 nömrəli oyunçusu Andres İnyesa vurdu.bu qələbə ilə ispaniya tarixində ilk dəfə dünya çempionu oldu..
Qeyd edək ki, hər iki ölkənin azarkeşləri öz ölkələrində meydanda qurulmuş monitordan izləyiblər. İspanlara nisbətən daha çox azarkeşi olan hollandlar sonda məyus olub. İspanlar isə qələbələrini böyük sevincə qeyd ediblər.
Bu arada Uruqvay yığmasının hücumçusu Dieqo Forlan dünya çempionatının ən yaxşı futbolçusu seçilib.