Yarımfinalda almanlar ispanlara (0:1), uruqvaylılar isə hollandlara (2:3) məğlub olublar.
Bu millilər artıq bir dəfə üçüncü yer uğrunda görüşdə qarşılaşıblar. 1970-ci ildə Meksikada keçirilən dünya çempionatında bürünc medallar uğrunda oyunda almanlar Overatın vurduğu qol sayəsində Uruqvaya qalib gəliblər. 1966-cı ildə İngiltərədə keçirilən dünya çempionatında ¼ finalda almanlar yenə də uruqvaylılardan üstün olublar (4:0). 1986-cı ildə yenə də Meksikada keçirilən dünya çempionatının qrup mərhələsində bu yığmaların görüşü 1:1 hesabı ilə nəticələnib. Ümumilikdə iki komanda 9 dəfə qarşılaşıblar. 6 görüşdə almanlar, 1 görüşdə isə uruqvaylılar qalib gəliblər. Uruqvayın yeganə qələbəsi 1928-ci ildə keçirilmiş Olimpiadaya təsadüf edir.