APA-dan aldığımız məlumata görə, “falçı” ilbiz dünya çempionatının finalında hansı komandanın qalib gələcəyini işarə edəcək. Hollandiya mətbuatında Paulun narıncıları seçdiyinə dair xəbərlər yayılsa da, Almaniyadakı Sualtı Həyat Mərkəzinin əməkdaşları bu xəbərləri təkzib ediblər.
Qeyd edək ki, Paulun proqnozu aşağı qaydada öyrənilir: üzərinə qarşı-qarşıya gələcək komandaların bayraqları yapışdırılan 2 ədəd şəffaf yemək konteyneri hazırlanır və ilbizin yaşadığı akvariuma qoyulur. İlbiz isə bu yemək qablarından birini seçir. İndiyədək Almaniyanın dünya çempionatında oynadığı bütün matçlarla bağlı proqnoz verən Paulun öncəgörmələrinin hamısı düz çıxıb.
Xatırladaq ki, iyulun 11-də futbol üzrə dünya çempionatının finalında Hollandiya və İspaniya milli komandaları qarşı-qarşıya gələcək.