Alkoqollu içkilər dəhşət saçır, xüsusi ilə də qızmar istilərin hökm sürdüyü günlərdə. Bir çox mağazada saxta və vaxtı keçmiş spirtli içki ya da şərablar satılır.
Gəncədə bir çox dükanda satılan spitli içkilərin əksəriyyətinin tərkibi və mənşəyi məlum deyil. Standartlaşdırma Metrologiya və Patenet üzrı Dövlət Komitəsinin reydləri belə göstərir. Yoxlamalar zamanı dükanlardan xeyli sayda yerli və xarici ölkələrin istehsalı olan müxtəlif adda saxta araqlar aşkar edilib.
Reyd zamanı saxta alkaqollu içkilər satanlar tutduğu iş azmış kimi çəkilişə etiraz etməyə də cəsarət edib.
İlkin araşdırma zamanı əksər spirtli içkilərin sertifikatsız olması üzə çıxıb. Saxta məhsulları dükanlara paylayanlar isə məlum deyil. Gəncədəki dükanlara baxış keçirən komitə əməkdaşları tərəfindən şübhəli bilinən spirtli içkilərdən labarator analiz üçün nümunələr də götürlüb. Araqların tərkibində analiz zamanı insan sağlamlığı üçün zərəli taksikoloji maddələr aşkar olunub.
Labarator analiz tam başa çatdıqdan sonra bir neçə adda spirtli içkilərin satışına qadağa qoyulacaq, belə saxta məhsulların satışını həyata keçirən dükan sahibləri ciddi cəzalandırılacaq.