SAXLAMA MÜDDƏTİ ÖTMÜŞ 100 KQ ƏRZAQ MƏHV EDİLİB
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib

Nazirlikdən verilən məlumata görə, monitorinq zamanı Bakının Xətai rayonunda X.Məmmədov küçəsi, 2944-cü məhəllədə yerləşən “Neptun-3” marketdə, Yasamal rayonunda Ə.Əhmədov və D.Bünyadzadə küçələrinin kəsişməsində Azər Şirinova məxsus mağazada, Abşeron rayonunun Xırdalan şəhərində H.Əliyev prospektində yerləşən «Nuru market»də, «Lider market»də, «Nihat market»də, «Mars market»də və Sevindik Şahmarlıya məxsus mağazada, 28-ci məhəllədə yerləşən «Ülvi market»də, Gəncə şəhərində Atatürk prospekti, 197 ünvanında yerləşən «Sarvan market»də, Quba rayonunda Fətəlixan küçəsində Ramin Məmmədova məxsus mağazada, Ucar rayonunda Azərbaycan küçəsində Famil Babayevə məxsus mağazada ümumi çəkisi 100 kiloqrama yaxın saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, pivə, uşaq yeməkləri və s. aşkarlanıb, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.

Bu Xəbər 19.07.2010 - 14:24:09 Tarixində Əlavə Edilib və 219 Dəfə Oxunulub
Xəbəri Facebook'ta Paylaş  
Oxuyucu Şərhləri
Xəbərə Şərh Olunmamıştır...
Digər Xəbərlər
Rusiyada günəbaxan yağı və tumunun ixracına qadağa qoyulacaq
Meksikalı iş adamları Bakıda
Rusiyada kartofun qiyməti bahalaşır
İran Azərbaycandan aldığı qazın həcmini artıracaq
Bakıda torpaq sahələri ucuzlaşa bilər
Neftin bahalaşması davam edir
Saxlama müddəti ötmüş 512 kq ərzaq məhv edilib
Dünya bazarında ərzaq məhsulları 5% bahalaşıb
Taxtanın qiyməti qalxa bilər
Azərbaycan Rusiyaya satdığı qazın həcmini artıra bilər
Neft yenidən bahalaşıb
Azərbaycanın şimal-qərb rayonlarında unun qiyməti artıb
Rusiya taxıl ixracına qadağanı qismən aradan qaldırdı
Neftin ucuzlaşması davam edir
Meyvə-tərəvəz istehsalı azalıb
İran Ermənistana buğda ixrac edir
Ətdə artım olacaq
Neft yenidən bahalaşıb
Azərbaycan taxılını Qırğızıstandan alacaq
Bakıda bal yarmarkası açılacaq
FOTO QALEREYA
Bütün Qalereyalar
Yuxarıdan görünüş
Mardan Palace-nin açılışı
Tailanddakı vəziyyət
 Copyright © 2009 Xəzər TV M.M.C. Bütün Hüquqları Qorunur
Günlük xəbərlərə abunə olmaq üçün :
E-mail: