Nazirlikdən verilən məlumata görə, monitorinq zamanı Bakının Yasamal rayonunda A.Şaiq küçəsi, ev 211 ünvanında yerləşən «M market»də, B.Məcidov küçəsi, 47 ünvanında Ətraf Babayevə məxsus mağazada, B.Məcidov küçəsində yerləşən «2-ci paralel market»də, M.Sübhi küçəsi, ev 180 ünvanında Əhməd Ağa Ağayevə məxsus mağazada, Səbail rayonunda İstiqlaliyyət küçəsi, ev 23 ünvanında Nayil Allahverdiyevə məxsus mağazada, Nəsimi rayonunda F.Qasımzadə küçəsi, ev 1, mənzil 31 ünvanında Vahid Babayevə məxsus mağazada, X.Şuşinski ilə akademik F.Qasımzadə küçələrinin kəsişməsində Əli-Yusif Rzayevə məxsus mağazada, Suraxanı rayonun Hövsan qəsəbəsində «Bizim market»də və «Həyat market»də, İ.Əhlimanov küçəsində yerləşən «Ucar market»də, «Hövsan market»də, «Miraj market»də və «Rəsul market»də, İ.Əhlimanov küçəsi, ev 6 ünvanında yerləşən «Bolluq market»də, Çöllük küçəsi, ev 5 ünvanında yerləşən «Qismət market»də, Çöllük küçəsi, ev 58/1 ünvanında yerləşən «F&F market»də, O.Şabanov küçəsində yerləşən «Raul market»də və Misirxan Mətiyevə məxsus mağazada, 12/13-cü məhəllə, ev 24, mənzil 52 ünvanında yerləşən «İlkin market»də, Xəzər rayonunda Hövsan-Türkan yolunda yerləşən «Türkan sahili» restoranında, Gəncə şəhərində Ə.Məmmədov küçəsi, ev 95 ünvanında Firdovsi Hacıyevə məxsus mağazada, M.C.Paşayev küçəsi, 40 ünvanında Tamam Hacıyevaya məxsus mağazada, Qusar rayonunda İmanqulukənddə Qafar Qafarova məxsus mağazada, Tərtər rayonunda Səhləbat kənd ayrıcında Rizvan Əliyevə məxsus mağazada, Göyçay rayonunda Natəvan küçəsi, 112, Bakı-Gəncə magistralında yerləşən «Moskva malları» mağazasında, Natəvan küçəsi, Bakı-Gəncə yolunun Potu kəndi ayrıcında yerləşən «Vüsal market»də, Natəvan küçəsində yerləşən «Paşa market»də ümumi çəkisi 490 kiloqrama yaxın saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, pivə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Bundan başqa, Dövlət Xidməti tərəfindən Şəmkir rayonu, Gəncə-Şəmkir yolunda yerləşən «ESE» ticarət mərkəzində aparılan yoxlama zamanı 12,7 ton normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan sement aşkar edilərək satışdan çıxarılıb.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.