Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan «Eskimo», «Maksima», «XXI əsr», «Prestige», «Saturn», «Merkuriy», «Domino», «Lunnie nochi» adlı 6,6 ton dondurmanın məhv edilməsi barədə «SABA şirkəti» MMC-yə icrası məcburi göstəriş verilib.
Bununla əlaqədar müəssisənin anbarında satışı dayandırılmış 6,6 ton dondurma, eyni zamanda üzərində saxlama müddəti normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilmiş 256 kq, gigiyenik və uyğunluq sertifikatları olmayan məhsulların qablaşdırılmasında istifadə edilən 854 kq bükmə materialı qanunvericilikdə müəyyən edilmiş qaydada məhv edilib.