Buludlu

Bakı, +24°
Buludlu
Atmosfer təzyiqi: 760
Külək: Ş, 6 m/s
EUR     1.0290
RUB     0.0210
TRY     0.3627
USD     0.7844

Valideynlər bu xəbəri mütləq oxusun!

Azərbaycanda uşaqların internet klublarından istifadəsi məhdudlaşdırılır
Şrift ölçüsü:

Gündəm 13:52 – 26.11.2013

Azərbaycanda uşaqların internet klublarında internetdən istifadəsi ilə bağlı bəzi məhdudiyyətlərin qoyulacağı, klubların fəaliyyətinə nəzarətin gücləndiriləcəyi gözlənilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, təhsildən yayınma və uşaqlar arasında zorakılıq hallarının baş verməsinə əsaslı təsir göstərən amillərdən biri məhz uşaqların internetdən kortəbii istifadəsi hallarıdır. Bunu nəzərə alan Dövlət Komitəsi beynəlxalq, xüsusilə Türkiyə təcrübəsini ətraflı öyrənərək uşaqların internetdən təhlükəsiz istifadəsi məqsədilə təkliflər hazırlayıb. Təkliflər internet klublarının fəaliyyətinə nəzarətin gücləndirilməsi, uşaqların internetdən təhlükəsiz istifadəsi istiqamətində proqramların hazırlanmasını nəzərdə tutur.

Təkliflərdə qeyd edilib ki, yaşı 12-dən aşağı olan uşaqları internet klublarına valideyn gətirməlidir. Yaşı 14-dən yuxarı olan uşaqlar isə saat 20:00-dan sonra internet klublarına yalnız valideynlə birgə gələ bilərlər.

Təkliflərdə bildirilib ki, internet klublarında uşaqların qumar, fiziki zorakılıq və digər zərərli vərdişləri təbliğ edən oyunlardan istifadəsi, uşaqların dərs zamanı internet klublarına gəlməsi qadağan edilsin. İnternet klubunun müvafiq rəhbər işçisi tərəfindən xüsusi elektron cədvəl hazırlansın və cədvəldə internetdən istifadə edən uşaqların qeydiyyatı aparılsın. Bu cədvəl yoxlama zamanı müvafiq şəxslərə təqdim edilməsi üçün istifadə edilə bilər.

Təkliflərdə qeyd edilib ki, internet klublarında siqaretin çəkilməsi üçün ayrıca yer müəyyənləşdirilsin. Orada uşaqlar üçün xüsusi kompüterlər ayrılsın və onlarda filtrasiyalı proqramlar quraşdırılsın, internet klublarında kameralar yerləşdirilsin.

Komitədən bildirilib ki, hazırda çox az sayda provayder filtrasiyalı internetdən istifadə edir. İnternet klubları hüquqi şəxs kimi fəaliyyət göstərdiyi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) onlara nəzarət edə bilmir. Buna görə də nazirlik filtrasiyalı proqram hazırlaya və onu provayderlərə təklif edə bilər.

Komitə tərəfindən hazırlanan bu təkliflər artıq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim edilib. RİTN qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə yeni layihələr hazırlayan zaman bu təkliflərdən istifadə edə bilər.

Dövlət Komitəsindən o da əlavə edilib ki, internet klublarına nəzarət edilməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə də dəyişiklik edilməsi məqsədilə təklif hazırlanıb: "Uşaqların tərbiyəsinə internet klubları təsir edir. Düşünürük ki, İnzibati Xətalar Məcəlləsinə müəyyən dəyişiklik etməklə internet klublarının fəaliyyətinə hüquq-mühafizə orqanlarının nəzarət etməsini təmin etmək olar".

 

trend.az


152 dəfə oxunub


Digər xəbərlər


Səyyar "ASAN xidmət" 2 rayonda olacaq
11:37 – 2.9.2014

Şamaxı və Astarada vətəndaşlara səyyar "ASAN xidmət" göstəriləcək.

İki rayonda qaz olmayacaq
10:35 – 2.9.2014

Qəbələ və Suraxanı rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Xəzərdə zəlzələ
9:53 – 2.9.2014

Xəzərin Azərbaycan sektorunda növbəti zəlzələ baş verib.

Prezident açılış etdi
9:40 – 2.9.2014

Prezident İlham Əliyev Bakıda növbəti yol qovşağının açılışında iştirak edib

Cəbhədən son xəbər
9:37 – 2.9.2014

Cəbhədə atəşkəs rejimi növbəti dəfə pozulub.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
9:35 – 2.9.2014

Prezident İlham Əliyev sərəncam imzalayıb.

Hava necə olacaq?
9:31 – 2.9.2014

Sentyabrın 2-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat.

Təmas xəttində Ermənistan vətəndaşı saxlanılıb - RƏSMİ
18:53 – 1.9.2014

Avqustun 26-da Ermənistan vətəndaşı, 1961-ci il təvəllüdlü Ananyan Sarkis Norikoviç Azərbaycan-Ermənistan dövlət sərhədini pozaraq qeyri-qanuni olaraq ölkəmizin ərazisinə keçib.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
18:40 – 1.9.2014

Prezident sərəncam imzaladı.

Prezident İlham Əliyev təbrik məktubu ünvanladı
18:26 – 1.9.2014

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının yeni seçilmiş Prezidenti Donald Tuska təbrik məktubu ünvanlayıb.





Xəbər Lenti

Ən çox oxunanlar


Müəllif güşəsi