Aydındır

Bakı, +7°
Aydındır
Atmosfer təzyiqi: 759
Külək: C, 1 m/s
EUR     0.8838
RUB     0.0115
TRY     0.3281
USD     0.7844

Prezident yola baxış keçirdi

Azərbaycan Prezidenti Qobustan-Xilmilli avtomobil yolunda aparılan yenidənqurma işləri ilə tanış olub
Şrift ölçüsü:

Gündəm 19:51 – 1.5.2013

Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qobustan-Xilmilli avtomobil yolunda aparılan yenidənqurma işləri ilə tanış olmuşdur.

Azərbaycan Prezidenti yol ilə bağlı məlumatları və fotoşəkilləri əks etdirən stendə baxdı.

Dövlətimizin başçısının tapşırıqlarına əsasən regionlarda yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və müasirləşdirilməsi son illərdə daha geniş vüsət almışdır. Hazırda respublikamızda kənd yollarının inşası da diqqət mərkəzindədir. Bu çərçivədə Qobustan-Xilmilli yolunun yenidən qurulması artıq başa çatdırılmışdır.

Məlumat verildi ki, yolun tikintisinə 2011-ci ilin sentyabrında başlanılmışdır. Bu yol 13 min nəfər əhalinin yaşadığı altı kəndi rayon mərkəzi ilə birləşdirir. Qobustan-Xilmilli yolunun ümumi uzunluğu 23 kilometrdir. Azərbaycan Prezidentinin Sərəncamına əsasən vacib əhəmiyyət kəsb edən həmin infrastruktur obyektinin reallaşdırılmasına 2011-ci ildə 2 milyon, ötən il isə 5,3 milyon manat vəsait ayrılmışdır. Yeni yol Qobustan rayonunun Xilmilli, Sündü, Bəklə, Nabur, Cəyirli və Çalov kəndlərinin sakinlərinin rahat gediş-gəlişinə hərtərəfli imkan yaradır. Prezident İlham Əliyev burada sakinlərlə görüşdü, yeni yolun açılışı münasibətilə onları təbrik etdi.

Sakinlər bu gözəl hədiyyəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.

Azərbaycan Prezidenti yeni yolda avtomobili özü idarə etdi.

Prezident İlham Əliyev Xilmilli kəndinin sakinləri ilə də görüşdü, onların həyat şəraiti ilə maraqlandı.

Sonda xatirə şəkilləri çəkdirildi.


122 dəfə oxunub


Digər xəbərlər


Monitorinq zamanı ermənilərdən növbəti – Təxribat
13:45 – 29.1.2015

"Ermənistan silahlı qüvvələri ATƏT nümayəndələrinin olduğu ərazidən bir qədər aralıda mövqelərimizi bir neçə dəfə atəşə tutub”

Müəllimlərə pis xəbər - RƏSMİ AÇIQLAMA
13:34 – 29.1.2015

“Qayda pozuntularına, köçürmə hallarına imkan yaradan 263 nəzarətçi bazadan xaric edilib”.

Abituriyentlər, mütləq oxuyun!
13:20 – 29.1.2015

Bu il bəzi qabiliyyət tələb edən ixtisaslara qəbul buraxılış imtahanlarının nəticələrinə əsasən aparılacaq.

AŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı QƏTNAMƏ
13:04 – 29.1.2015

AŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli mühakimə hüququnun təmin edilməsinə dair qətnamə layihəsi hazırlanıb.

Sabah hava necə olacaq?
12:45 – 29.1.2015

Həftəsonu Bakıda gəzməli hava olacaq.

Buraxılış imtahanlarının vaxtı açıqlandı
12:21 – 29.1.2015

Avropa Oyunları ilə əlaqədar Bakıda imtahanlar daha tez başlayacaq.

TQDK-dan sərt qərar
12:08 – 29.1.2015

Ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında müxtəlif qayda pozuntularına, o cümlədən köçürmə hallarına yol verən 263 nəzarətçini bazasından xaric edib.

Vaqif Səmədoğlunun cənazəsi "Azdrama"ya gətirildi
11:55 – 29.1.2015

Vaqif Səmədoğlu ilə vida mərasimi saat 14:00-da başlayacaq.

Norveçdə tətillər: problem yarandı
11:49 – 29.1.2015

Norveçdə tətillər nəticəsində ölkədə ictimai nəqliyyatın hərəkətində çətinliklər yaranıb

Bakının yeni müfəssəl planı hazırlanıb
11:47 – 29.1.2015

Nazirlər Kabineti təsdiq edib.





Xəbər Lenti

Ən çox oxunanlar


Müəllif güşəsi