Aydındır

Bakı, +10°
Aydındır
Atmosfer təzyiqi: 761
Külək: Ş, 0 m/s
EUR     1.0046
RUB     0.0191
TRY     0.3493
USD     0.7843

Elektron siqaretin ziyanı varmı?

Bir çoxları düşünür ki, elektron siqaretlər tütündən imtina etmək üçün əla vasitədir. Doğrudanmı belədir?
Şrift ölçüsü:

Gündəm 15:24 – 15.2.2013

Əvvəla, onu qeyd edək ki, satış rəqəmlərinə görə, dünyada e-siqaret çəkənlərin sayı sürətlə artmaqdadır.

“Action on Smoking and Health” adlanan Britaniya xeyriyyə təşkilatı bu yaxınlarda keçirdiyi araşdırmada aydınlaşdırıb ki, 2010-cu ildən 2012-ci ilə qədər bu ölkədə e-siqaret çəkənlərin sayı 2 dəfədən çox artıb – 9 faizdən 22 faizə qalxıb.

Məlum olub ki, e-siqaret çəkənlərin hamısı əvvəllər adi siqaret çəkən olublar və onların 40 faizi hesab edir ki, e-siqaretə keçməklə, tütünün sağlamlığa vurduğu ziyandan can qurtarıblar.  

Tütün xərçəng xəstəliyinə tutulma ehtimalını artırır - tüstüylə birlikdə ağciyərə zəhərli maddələrin dolması səbəbindən.

Bəs e-siqaretlərin sağlamlığa hansısa ziyanı varmı?

“Action on Smoking and Health”in araşdırmaçısı Amanda Sandford deyir e-siqaret heç də tam zərərsiz deyil. Çünki e-siqaretlərdə də nikotin var:

“İnsanı siqaret aludəçisi edən nikotindir. Amma siqaret çəkənlərin sağlamlığına əsas ziyanı nikotin yox, tütün tüstüsünün ciyərlərə çəkilməsi vurur. Elektron siqaretdə isə tütün tüstüsü yoxdur, insan sadəcə, nikotin qəbul edir. Tütünün tərkibindən ayrılanda və ayrıca olaraq qəbul ediləndə nikotin nisbətən ziyansızdır”.

E-siqaretdə kiçik batareya maye nikotini qızdırıb tüstüləndirir. Həmin tüstüdə qoxu yaratmaq üçün propilen-qlikol maddəsi də var.

Sandford deyir ki, e-siqaretlər Britaniyaya yeni gəldiyi üçün onların sağlamlığa necə
Belçikada siqaret qutusuBelçikada siqaret qutusu
​​təsir etdiyini müəyyənləşdirmək çətindir, bu, vaxt tələb edir.

Suallardan biri də budur ki, e-siqaretin sağlamlığa ziyansız olduğunu düşünən adamlar onu adi siqaretlə müqayisədə daha çox çəkməyəcəklər ki? Və nikotinin belə çox qəbulu onların orqanizminə necə təsir edəcək?

Bundan başqa e-siqaretlər əsasən Çin və başqa Asiya ölkələrində istehsal edildiyi üçün onların istehsal prosesinin nə dərəcədə standartlara uyğun olması məsələsi də açıq qalır.

Xüsusən də e-siqaretdəki nikotinin miqdarı və qoxu yaradılması üçün istifadə edilən maddələrin tərkibi ilə bağlıdır.

azadlig.org


303 dəfə oxunub


Digər xəbərlər


Prezident təltif etdi - SƏRƏNCAM
19:30 – 21.10.2014

İlham Əliyev İqtisadiyyat və Sənaye Nazirliyinin bir qrup işçisinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
19:04 – 21.10.2014

İlham Əliyev sərəncam imzalayıb.

Prezident başsağlığı verdi
18:01 – 21.10.2014

İlham Əliyev təyyarə qəzasında həlak olan “Total” neft şirkətinin prezidentinin ailəsinə və ölkə başçısı Fransua Ollanda başsağlığı verib.

Bələdiyyə seçkilərinin vaxtı açıqlandı
17:52 – 21.10.2014

Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.

Daha bir məhbus həbsxanada evləndi
17:19 – 21.10.2014

Bakı İstintaq təcridxanasında nikah mərasimi keçirilib.

Ebola virusu: Sərhəddə nəzarət gücləndirilib
15:43 – 21.10.2014

Azərbaycanın sərhəd buraxılış məntəqələrində sanitariya-karantin nəzarəti gücləndirilib

Avropa İttifaqı əfvi alqışladı
15:39 – 21.10.2014

Avropa İttifaqı Azərbaycan Prezidentinin əfv Sərəncamını alqışlayır

Qış çox sərt olacaq?
15:33 – 21.10.2014

Qonşu ölkələrdə qış sərt üzünü göstərib. Artıq Rusiya və Türkiyəyə qar yağıb, temperatur xeyli aşağı düşüb

Prezident İlham Əliyev görüş keçirdi
14:18 – 21.10.2014

Prezident İlham Əliyev Litvanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Sumqayıt sakinləri bu xəbərə mütləq sevinəcək
14:15 – 21.10.2014

Bakıdan Sumqayıta relsli nəqliyyat marşrutu açılacaq





Xəbər Lenti

Ən çox oxunanlar


Müəllif güşəsi