Buludlu

Bakı, +7°
Buludlu
Atmosfer təzyiqi: 765
Külək: Ş, 0 m/s
EUR     1.1733
RUB     0.0170
TRY     0.4182
USD     1.0496

Bakıda güclü zəlzələ olacaq?

"Bu gün İsmayıllıda baş verən zəlzələlər gözlənilən təbii hadisədir"
Şrift ölçüsü:

Hadisə 17:01 – 3.2.2014

 

“Bu gün İsmayıllıda baş verən zəlzələlər gözlənilən təbii hadisədir. Şamaxı-İsmayıllı zonası seysmoloji aktivdir. Burada tarix boyu güclü zəlzələlər baş verib. Bu da həmin zəlzələlərdən biridir”.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli İsmayıllıda baş verən zəlzələlərlə bağlı fikir bildirərkən deyib.

Onun sözlərinə görə, bu zəlzələlərin maqnitudası 3,7 və 4 bal gücündə olan yeraltı təkandı və bu güclü zəlzələ sayılmır: “Belə yeraltı təkanlar dəfələrlə baş verib və gələcəkdə də bu tip zəlzələlər ola bilər. Bu tip yeraltı təkanların heç bir qorxusu yoxdu”.

Tahir Məmmədlinin sözlərinə görə, son günlər qeydə alınan yeraltı təkanların gələcəkdə güclü zəlzələ olacağı barədə fikir deməyə əsas vermir. Belə zəlzələlər güclü təkanları proqnozlaşdırmaq üçün meyyar rolunu oynaya bilməz.

Qeyd edək ki, son günlər cəmiyyətdə bəzi qeyri-adi hadisələrin baş verməsi barədə söz-söhbət gəzir. Bəziləri göydə ayın qəribə formada göründüyünü, bəziləri gecələr itlərin kütləvi şəkildə hürüşdüyünü deyir. Başqa birilərini isə havanın qəribəliyini və çox şaxtalı olmasını əsas gətirir və zəlzələ olacağı barədə fikirlər yürüdürlər. Bəzi insanlar isə Azərbaycanın bölgələrində baş verən zəlzələlərin Bakıda da olacağını deyirlər. Tahir Məmmədli isə deyilənlərin əsassız olduğunu qeyd edib.

“Bəzən cəmiyyətdə qeyri-adi görünən hadisələr baş verəcək təbii fəlakət barədə fikir formalaşdıra bilməz. Məsələn, itlərin hürməsi, havanın şaxtalı olması, yaxud da, ötən gün səmada ayın qəribə formada görünməsi, zəlzələ olacağına əsas vermir. Göydə cisimlərin hərəkətləri, onlarda anormal hadisələrin olmasını zəlzələlərlə əlaqələndirmək düzgün deyil. Çünki göy cisimlərilə yerdə gedən seysmik aktivlik arasında birmənalı əlaqə müəyyən olunmayıb”, - deyə Tahir Məmmədli əlavə edib.

Onun sözlərinə görə, İsmayıllıda və digər regionlarda qeydə alınan yeraltı təkanların paytaxt ilə heç bir əlaqəsi yoxdur.

Bakıda güclü zəlzələ olmasına gəlincə, ekspert bunu mümkünsüz sayır. Bakı və Abşeron üün güclü zəlzələ olması üçün real şərait yoxdur. Sadəcə olaraq, Xəzər dənizində baş verə biləcək güclü zəlzələ Bakıya təsir edə bilər. Həmin ərazilər də güclü zəlzələ olacağını əsaslandıran seysik hadisə olmayıb. Əgər gələcəkdə, Xəzər dənizində güclü zəlzələ olarsa, bu Bakıya təsir edə bilər.

anspress


2238 dəfə oxunub


Digər xəbərlər


Bakıda valyutadəyişmə məntəqəsinə basqın - Külli miqdarda dollar aparıldı
19:24 – 2.3.2015

Bakıda valyutadəyişmə məntəqəsinə basqın olub.

Hündürmərtəbəli binada yanğın - 20 nəfər təxliyyə olundu
19:08 – 2.3.2015

Bakıda hündürmərtəbəli binada yanğın, 20 nəfər təxliyyə olunub.

Cəbhədən son xəbər - Şiddətli atışma
10:12 – 2.3.2015

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 50 dəfə pozub.

Nemtsovun dəfn yeri və tarixi açıqlandı
17:43 – 28.2.2015

Dünən Moskvanın mərkəzində güllələnərək öldürülən rusiyalı müxalifətçi Boris Nemtsovun dəfn olunacağı tarix bəlli olub.

Nemtsovun qətlinin bütün mümkün səbəbləri açıqlandı - VERSİYALAR
17:21 – 28.2.2015

Hadisənin şahidləri dindirilib.

"Sədərək" yaxınlığında maşın partladı
15:39 – 28.2.2015

Qabaq hissəsindən alovlanan avtomobil az sonra partlayıb.

Rusiyanı çalxalayan qətllə bağlı - ŞOK İDDİA
13:21 – 28.2.2015

Moskvada qətlə yetirilən tanınmış siyasətçinin ölümündən əvvəl verdiyi son müsahibələrində səsləndirdiyi kəskin antiiqtidar fikirləri yenidən medianın gündəmindədir.

Bakı məktəbində biabırçılıq
10:48 – 28.2.2015

Məktəbə girən oğrular müəllimlər otağını da kirlədiblər.

Bakıda güclü yanğın: yaralılar var
10:38 – 28.2.2015

Bakıda güclü yanğın hadisəsi baş verib.

Cəbhə xəttində gərginlik
10:18 – 28.2.2015

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 55 dəfə pozub.





Xəbər Lenti

Ən çox oxunanlar


Müəllif güşəsi